17 apr 08:40hadise

Gəncə sakini vəhşicəsinə döyülüb

Gəncə sakini vəhşicəsinə döyülübGəncənin Cavadxan küçəsində döyülmə faktı qeydə alınıb.

RegionTV xəbər verir ki, 3 nəfər naməlum şəxs şəhər sakini Qasım Qasımova küt alətlə müxtəlif xəsarətlər yetiriblər. Hadisədən sonra yaralı ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Zərərçəkənin həkimlərə verdiyi ilkin məlumat görə, o, ona xəsarət yetirən şəxsləri tanımayıb. Artıq hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Polis həmin şəxslərin müəyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ