08 may 12:12hadise

Ağstafada mikroavtobus minik maşını ilə toqquşdu - 13 yaralı

Ağstafada mikroavtobus minik maşını ilə toqquşdu - 13 yaralıBakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa marşrutu ilə işləyən “QAZel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına və Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU