01 may 15:39hadise

Bakıda qız özünü 9-cu mərtəbədən atdı - Bibisi qızıgilə qonaq gəlibmiş

Bakıda qız özünü 9-cu mərtəbədən atdı - Bibisi qızıgilə qonaq gəlibmişBakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində yaşayan 1985-ci il təvəllüdlü Abdullayeva Şəfəq Yunis qızı özünü Babək prospekti 11 ünvanında yerləşən onmərtəbəli binanın 9-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisənin baş verdiyi ev 33 yaşlı Şəfəqin bibisi qızına məxsusdur. Subay olan Şəfər Abdullayeva anası ilə birgə bibisi qızıgilə qonaq gəlib. Daha sonra isə onlar birgə mağazaya getməyi planlaşdırırmış. Bibisi qızı yemək hazırlayarkən Ş.Abdullayev özünü qəfil eyvandan atıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36