09 apr 10:10hadise

Oğul atasını və qardaşını döydü

Oğul atasını və qardaşını döydüSumqayıtda döyülmə hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Şərifov İmran Şərif oğlu və atası, 1947-ci il təvəllüdlü Şərifov Şərif Bəhram oğlu ailə münaqişəsi zəminində 1970-ci il təvəllüdlü Şərifov Kənan Şərif oğlu tərəfindən döyülüblər. Qeyd edək ki, K. Şərifov ailənin digər övladıdır.

Yaralıların sözlərinə görə, K. Şərifov atasına və qardaşına güldan və bellə ağır xəsarətlər yetirib. Hər iki yaralı dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan ata və oğulun vəziyyəti ağırdır.

Hadisədən sonra K. Şərifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev