16 mar 13:01hadise

Bakının məşhur şadlıq evində toyda qan düşdü

Bakının məşhur şadlıq evində toyda qan düşdüHadisə Xətai rayonu, Babək prospektində yerləşən “Kolizey” şadlıq evində baş verib.

“Ölkə.Az”a verilən məlumata görə, mübahisə bəyin iş yoldaşları ilə qohumları arasında baş verib. Belə ki, bəyin iş yoldaşlarının oynaması gənclərin xoşuna gəlməyib.

Qohumlar bəyin iş yoldaşları ilə haqq-hesab çürütmək üçün toyun başa çatmasını gözləyiblər. Toyun qurtarmağına az qalmış iş yoldaşları ilə qohumlar arsında kütləvi dava baş verib. Nəticədə 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu və 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu bıçaqlanıb. Yaralılar 3 saylı şəhər xəsətəxanasına aparılıblar. Z.Əhmədovun xəsarəti daxilə nüfuz etdiyindən xəstəxanada stasionar qayda da müalicə alır.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə gələn rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının görüntülərini götürüblər, hadisə şahidləri dindirilib. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Baş vermis hadisəni şadlıq evinin administratoru da təsdiqləyərək bildirdi ki, həqiqətən toyda dava düşüb və bir neçə nəfər döyülərək ağır xəsarət alıb.
loading...
XƏBƏR LENTİ