14 mar 11:44hadise

Xaçmazda qardaş qardaşı güllələdi

Xaçmazda qardaş qardaşı güllələdiHadisə rayonun İlxıçı kəndində baş verib.

“Ölkə.Az”-a Xaçmaz RPŞ-dən verilən məlumata görə, 10 yaşlı E.Ş. evdə olan tüfənglə 13 yaşlı qardaşı R.-ya atəş açıb.

Hadisə vaxtı azyaşlıların valideyinləridə evdə olub, ancaq onlar başqa otaqda olublar. Belə ki, tüfəng nəzarətsiz qalıb və məlum hadisə baş verib. Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırmalara başlanılıb, məhkəmə tibbi ekspertizanın verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcək.
loading...
XƏBƏR LENTİ