14 mar 11:11hadise

Avtomobil dərəyə aşdı - Yaralılar var

Avtomobil dərəyə aşdı - Yaralılar varYardımlı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, rayonun Separadi kəndi ərazisində "UAZ" markalı, 43 BA 369 dövlət nömrə nişanlı avtomobil sürüşkən yoldan dərəyə aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisi kişi, digəri isə qadındır.

Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ