21 fev 12:22hadise

İş yoldaşının evində özünü asdı

İş yoldaşının evində özünü asdı Ötən gün rayonun Badamdar qəsəbəsində Masallı rayon sakini olan gənc intihar edib.

1994-cü il təvəllüdlü Cabbarov Elxan Qasıməli oğlu iş yoldaşı Mustafayev Əbdüləzim Salman oğluna məxsus yarımtikili evdə özünü asıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Meyiti müayinə etmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə aparıblar.

Faktlla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, özün asan E.Cabbarov ilə Ə.Mustafayev bir yerdə fəhləçiliklə məşğul olublar. E.Cabbarovun ailə problemləri səbəbindən özünü asdığı göstərilir.
loading...
XƏBƏR LENTİ