21 fev 11:21hadise

Sumqayıtda binanın lifti qırıldı: yaralılar var - Foto

Sumqayıtda binanın lifti qırıldı: yaralılar var - FotoSumqayıt şəhərində çox mərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.

Report-un məlumatına görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ