04 fev 14:16hadise

Bakıda ağır yol qəzası: ölən və yaralananlar var

Bakıda ağır yol qəzası: ölən və yaralananlar varBakıda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Suraxanı rayonu ərazisində "Mersedes" markalı, 90 XG 142 dövlət qeydiyyat nişanlı minik avtomobili yerüstü piyada keçidinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən 30 yaşlı kişi hadisə yerində vəfat edib. Daha 2 kişi və bir qadın isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
loading...
XƏBƏR LENTİ