18 yan 11:01hadise

Məktəbli qız intihar etməmişdən öncə məktub yazıb

Məktəbli qız intihar etməmişdən öncə məktub yazıbÖtən gün səhər saatlarında Şəmkir rayonunun Dəllər qəsəbəsində intihar faktı qeydə alınıb.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Dilarə Anar qızı Rəhimova özünü yaşadığı evin həyətində su çəninin dirəyindən asıb. Baş vermiş hadisə barədə ilk məlumatı da elə onun ailə üzvləri alıb.

Belə ki, D.Rəhimovanın anası qızını həyətdə asılmış vəziyyətdə aşkar edib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar, şahidlər dindirilib.

Dəllər qəsəbə icra nümayəndəsi Museyib Vəliyevin “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, “Dilarə Rəhimova qəsəbədə yerləşən Zaur Abbasov adına tam orta məktəbin 11-ci sinif şagirdi olub.

"Ailədə 3 uşaqdılar, 1 bacısı ailə həyatı qurub, qardaşı isə məktəblidir. Əslində hadisə baş verən zaman Dilarə məktəbdə olmalı idi. Özünü asmağıda elə səhər saat 10-11 radələrinə təsadüf edib. Normal ailə kimi xarakterizə olunurlar. Atası 5-6 il qabaq rəhmətə gedib, anası təsərrüfatla məşğul olaraq övladlarını saxlayıb. Qızın heç bir xəstəliyi olmayıb, bu xəbəri eşidəndə hamı təəcübləndi”.

Kənddə gəzən söz-söhbətlərə görə, D.Rəhimova intihar etməmişdən öncə məktub yazıb. Qızın məktubda nə yazması isə istintaq sirri olduğundan açıqlanmır.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36