12 yan 21:08hadise

Bakıda gənc qızı qrup şəklində zorladılar

Bakıda gənc qızı qrup şəklində zorladılarPaytaxtın Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbə sakini qızının zorlanması barədə polisə şikayət edib.

Bildirilir ki, yanvarın 8-də iki şəxs qızı naməlum yerə apararaq onu dəfələrlə zorlayıblar.

Sabunçu rayon istintaq qrupu qeyd olunan cinayət faktını araşdıraraq, qızı zorlayan şəxslərin izinə düşüb. Əməliyyatçılar onlardan birini saxlayıb. Həmin şəxsin Astara rayon sakini Zöhrab Yaqubov olduğu bildirilir. Cinayətdə onunla əlbir olan digər şübhəlinin Asif adında olduğu müəyyənləşsə də, o hələ ki saxlanılmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ