11 yan 10:58hadise

Masallıda 2 polis yaralandı

Masallıda 2 polis yaralandıMasallı rayonunda intihara cəhd edən şəxsi xilas edən iki polis əməkdaşı yanıq xəsarəti alıb.

Report-un məlumatına görə, hazırda polis əməkdaşlarının vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə yanvarın 9-da baş verib. Rayon sakini 1995-ci il təvəllüdlü Raqif Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Bakıdakı Yanıq Mərkəzinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. R.Zeynalovun banka borcu olub. Masallı Rayon Məhkəməsi banka borcun onun maaşından tutulması barədə qərar qəbul edib. R.Zeynalov bu qərara etiraz olaraq özünü yandırıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ