09 yan 19:43hadise

Kişi arvadını, nəvə nənəsini bıçaqlayıb öldürdü

Kişi arvadını, nəvə nənəsini bıçaqlayıb öldürdüAbşeronda iki qətl törədilib.

Apa xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb.

Xırdalan şəhərində ər qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib. Saray qəsəbəsində isə nəvə nənəsini öldürüb.

Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb.

Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.

Bundan başqa, Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayaraq öldürüb. N. Muradov tutulub.

Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02