16 dek 12:21hadise

Bakıda ticarət mərkəzində intihara cəhd

Bakıda ticarət mərkəzində intihara cəhdBakıda intihara cəhd edilib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində "AMAY” Ticarət Mərkəzində qeydə alınıb. Naməlum kişi ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib. İntihar etmək istəyən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib.

Polisdən APA-ya bildirilib ki, hazırda intihara cəhd edən şəxsin izahatı alınır. İlkin məlumata görə, həmin şəxs 93 min manat pulunun mənimsənildiyi üçün intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ