07 dek 14:01hadise

Xırdalanda GÜCLÜ YANĞIN: 36 nəfər təxliyə edildi, 9 nəfər ZƏHƏRLƏNDİ

Xırdalanda GÜCLÜ YANĞIN: 36 nəfər təxliyə edildi, 9 nəfər ZƏHƏRLƏNDİAbşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veririk ki, binanın 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb. Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Respublika Toksikologiya Mərkəzindən Publika.az-a verilən məlumatda bildirilib ki, tüstüdən zəhərlənmə ilə yerləşdirilənlərin ümumi vəziyyəti ağır olmayıb:
“Onların əksəriyyətinə yardım göstəriləndən sonra evə buraxılıb. Hazırda şöbədə yalnız 3 nəfər stasionar müalicəyə cəlb edilib. Onlara da lazımı tibbi yardım edilir. Bu gün axşam saatlarında vəziyyətlərinə uyğun olaraq evə buraxılacaqlar”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ