15 fev 12:13hadise

Bakıda 76 yaşlı kişi bağ evində öldürüldü - (Yenilənib)

Bakıda 76 yaşlı kişi bağ evində öldürüldü - (Yenilənib) Dünən Sabunçu rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

76 yaşlı Həmid Məmmədrəsul oğlu Maştağa qəsəbəsi yaxınlığındakı Albalılıq bağ massivindəki evində öldürülüb. Bildirilir ki, naməlum şəxs və ya şəxslər 76 yaşlı kişini sifət nahiyəsindən güclü zərbə endirərək öldürüblər.

Bildirilir ki, H.Məmmədrəsul oğlu keçmiş neftçidir və şəhərdə yaşayır. O, arabir bağ evinə gedirmiş və məlum qətl də həmin vaxta təsadüf edib.

Maraqlıdır ki, təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarıç tədbirləri davam etdirilir.

Lent.az

***
11:31

Azərbaycan paytaxtında qətl törədilib.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunun üzərində xəsarətləri olan meyiti ona məxsus bağ evində aşkarlanıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istinqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ