21 noy 16:12hadise

Yanacaqdoldurma məntəqəsində partlayış - Yaralananlar var + Yenilənib

Yanacaqdoldurma məntəqəsində partlayış - Yaralananlar var + YenilənibLənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.

***

15:20

Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub

AzNews.az "Report" a istinadən xəbər verir ki, hadisə Separadi kəndində baş verib.

Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ