15 noy 16:21hadise

Kərbəladan qayıtdılar - Biləsuvarda qəzaya düşdülər (Yenilənib + Foto)

Kərbəladan qayıtdılar - Biləsuvarda qəzaya düşdülər (Yenilənib + Foto)Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb.

G.Əliyeva bel nahiyəsindən, Y.Qurbanova isə baş-beyin nahiyəsindən travma alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobil qəzası baş verib. "Hyundan-Tucson" markalı avtomobil zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılıb. Hadisə nəticəsində avtobusda olan zəvvar xanımlardan ikisi xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yol nəqliyyat hadisəsi nəticəsində Ələt Astara yolunun bir hissəsi bağlanıb.

***

14:32

Biləsuvar rayonunda zəvvarları daşıyan avtobus qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, 30 zəvvarın olduğu avtobus minik avtomobili ilə toqquşub. Bir neçə sərnişin xəsarət alıb və Biləsuvar rayon xəstəxanasına yerləşdirilib.

Zəvvarlar Kərbəla ziyarətindən qayıdırmışlar.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU