16 okt 18:57hadise

Bakıda qanlı dava: ölən və yaralanan var – TƏFƏRRÜAT

Bakıda qanlı dava: ölən və yaralanan var – TƏFƏRRÜATÖtən gecə Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Lent.az xəbər verir ki, bir-birini bıçaqlayan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Dünənki davanın səbəbinə gəlincə, tanışlar arasında binanın qarşısında başlayan mübahisə daha sonra onların bıçaq götürərək bir-birinə hücum etməsi ilə nəticələnib. Bu zaman həm Vüqar Həsənov, həm də Elşən Məmmədov kəsilmiş deşilmiş xəsarətlər alıb. Lakin E.Məmmədovun qara ciyəri zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ