06 okt 10:17hadise

İki uşaq atası boşandığı arvadının başını kəsdi - Gədəbəydə

İki uşaq atası boşandığı arvadının başını kəsdi -  GədəbəydəGədəbəydə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ