25 sen 22:32hadise

Bakıda tələbə kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda tələbə kirayə qaldığı evdə müəmmalı şəkildə ölübBakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib.

Report xəbər verir ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib.

M.Məmmədova rayondan Bakıda qaldığı evə qayıdaraq ərzaqları yerləşdirən zaman keçinib. Yaxınlarının verdiyi məlumata görə, qadının ürəktutmasından ölməsi ehtimal olunur.

O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub.
loading...
Reklam
XƏBƏR LENTİ