11 sen 08:43hadise

Lənkəranda toyda kütləvi dava: 3 nəfər xəsarət alıb

Lənkəranda toyda kütləvi dava: 3 nəfər xəsarət alıbLənkəranda toyda baş verən kütləvi dava ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bildirilir ki, əvvəlcə Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.

Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. İnsidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46