23 avq 07:48hadise

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vuraraq öldürübMeyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vurub.

Publika.az bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbədə yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.
Nəticədə Bayram Kürdəxanılı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü meyxana ustasını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib.

Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.

Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 Saylı Kliniki Tibbi Mərkəzin həkimləri onun vəziyyətini ağır kimi qiymətlənidiriblər.

Fakt araşdırılır.

***

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

"Report" bildirir ki, hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57