18 avq 11:36hadise

Deputatın bacısı qəzaya düşdü

Deputatın bacısı qəzaya düşdüNaftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57