24 iyl 11:02hadise

Bərdədə 49 yaşlı kişi arvadını “kuvalda” ilə vurub öldürüb

Bərdədə 49 yaşlı kişi arvadını “kuvalda” ilə vurub öldürübBərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

49 yaşlı rayon sakini Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə (“kuvalda”) vurub.

Nəticədə, S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. (“Report”)
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ