04 iyn 16:50hadise

İntihar edəcəyini yazan 10 yaşlı Etibarın meyiti tapıldı

İntihar edəcəyini yazan 10 yaşlı Etibarın meyiti tapıldıDünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.

Avrasiya.net qurumun saytına istinadən xəbər verir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 04 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, "Salyan" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:54-də başa çatıb.

Qeyd edək ki, 10 yaşlı Etibar evdə dalaşandan sonra hasara intihar edəcəyi ilə bağlı cümlə yazıb. Onun ayaqqabısı kanalın kənarında tapılmışdı.

Şərh yaz
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10