29 mar 12:25hadise

Tibb bacısı özünü 7-ci mərtəbədən atdı - Bakıda

Tibb bacısı özünü 7-ci mərtəbədən atdı - Bakıda Bakıda intihar hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İntiharın səbəbləri məlum deyil.

Polisdən bildirilib ki, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

APA.az
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
29-04-2017, 10:41