19 may 20:16hadise

Bakıda BİABIRÇILIQ! Sevgilisi 25 yaşlı qızı zorladı

Bakıda BİABIRÇILIQ! Sevgilisi 25 yaşlı qızı zorladıPolisə zorlama ilə bağlı növbəti müraciət daxil olub. Zorlamanın qurbanı 25 yaşlı Bakı sakini olub.

Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Polisə şikayət edən şəxs Binə qəsəbəsindəki Südçülük Sovxozunda yaşayır. Şikayətçi bildirib ki, həftənin dördüncü günü (mayın 18-də) eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb. Zərərçəkmişin sözlərinə görə, qırx yaşlı kişi əvvəlcə onu döyüb, sonra isə zorlayıb. Faktla bağlı hələlik heç kəs saxlanılmayıb. Polis cinayətdə şübhəli bilinən şəxsin cinayət törədib-törətmədiyini araşdırır.

Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq Bakıda daha iki zorlama faktı qeydə alınıb və onlardan birinin üstü açılıb.//big
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ