17 may 17:54hadise

Qaxda 79 yaşlı kişi özünü asdı

Qaxda 79 yaşlı kişi özünü asdıQax rayonunda yaşlı kişi intihar edib.

"Report" un məlumatına görə, rayonunun Çinarlı kənd sakini, 1938 ci il təvəllüdlü Nəzirməhəmməd Mehdi oğlu Abdullayev özünü yaşadığı evin həyətində olan tövlədə asıb. Evdə tək olan N.Abdullayevi yaxınları asılı vəziyyətdə aşkar ediblər.

Ailə üzvlərinin sözlərinə görə, N.Abdullayev son vaxtlar xəstəlikdən əziyyət cəkib və əməliyyat olunub. Elə buna görə də, bir neçə dəfə özünə qəsd etmək istəyib, amma yaxınları tərəfindən bunun qarşısı alınıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
loading...
Reklam
XƏBƏR LENTİ
Bu gün, 17:52
Dünən, 12:35