14 fev 19:09hadise

Yanğından Mühafizə Hissəsi rəisinin evi yandı

Yanğından Mühafizə Hissəsi rəisinin evi yandıLənkəran rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində, Vaqif Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Rəcəb Mədət oğlu Əhədova məxsus ikimərtəbəli yaşayış evinin 140 kvadratmetr sahəsi olan mansardının 40 kvadratmetri yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb.

Yanğının ikinci mərtəbədəki otaqlardan birində başladığı və mansarda keçdiyi ehtimal olunur.

Qeyd edək ki, R.Əhədov uzun illər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ