11 yan 10:08hadise

18 yaşlı oğlan qətlə yetirildi

18 yaşlı oğlan qətlə yetirildiCəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir.
loading...
Reklam
XƏBƏR LENTİ