10 yan 11:20hadise

Bloger Mehman Hüseynov yoxa çıxıb

Bloger Mehman Hüseynov yoxa çıxıbGənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb.

Bu haqda bloggerin dostları məlumat yayıb:

“Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”.

Mehman Hüseynovun yoxa çıxması sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Onun harada olduğu haqda heç bir məlumat yoxdur.

Xatırladaq ki, Mehman Hüseynov bir neçə gün bundan əvvəl təqib olunduğu haqda məlumat yaymışdı.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 15:05
Bu gün, 08:18