15 mar 16:46hadise

Tanınmış müğənninin oğlu adam öldürdü - Pula görə

Tanınmış müğənninin oğlu adam öldürdü - Pula görəBu gün Bərdə rayonunda qətl törədilib.

Lent.az-ın məlumatına görə, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.

Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur. Turalın bacısı Aytac Vidadiqızı da tanınmış müğənnidir və Türkiyədə sənətini davam etdirir.
loading...
Reklam
XƏBƏR LENTİ