05 yan 12:19hadise

Qız özünü binanın 4-cü mərtəbəsindən atdı

Qız özünü binanın 4-cü mərtəbəsindən atdıBakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospekti 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-nın intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən yerə atdığını müəyyənləşdirib.

Faktla bağlı araşdırma aparılır.
loading...
Reklam
XƏBƏR LENTİ
Bu gün, 16:03