05 mar 14:15Gundem

Düşmənin hərbi və canlı qüvvəsi məhv edildi - VİDEO

Düşmənin hərbi və canlı qüvvəsi məhv edildi - VİDEOErmənistan silahlı qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib.

Avrasiya.net Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.

Atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcəkdir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ