06 sen 20:53Gundem

İlham Əliyevdən yeni təyinatlar

İlham Əliyevdən yeni təyinatlarPrezident İlham Əliyev Azər Xudayar oğlu Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyev, həmçinin Əliyənnağı Mehti oğlu Hüseynovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
loading...
Reklam
XƏBƏR LENTİ