03 sen 13:45Gundem

Prezident Biləsuvara getdi - Foto

Prezident Biləsuvara getdi - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Daha sonra İlham Əliyev Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.

Azərbaycan Prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30