03 sen 12:07Gundem

İlham Əliyev Masallıda - Foto

İlham Əliyev Masallıda - FotoPrezident İlham Əliyev sentyabrın 3-də Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

Avrasiya.net xəbər verir ki, Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.



loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ