26 iyn 03:20Gundem

"Bu 3 rayonun bir hissəsini azad etdik" - Prezident

"Bu 3 rayonun bir hissəsini azad etdik" - PrezidentUzun illərdir ki, torpaqlarımız işğal altındadır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar, qətnamələr icra edilmir, kağız üzərində qalır və beynəlxalq hüquq əslində işləmir. Belə olan halda, əlbəttə ki, biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün diplomatik və siyasi səylərimizi davam etdirəcəyik.

Bu sözləri Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşdə bildirib.

Dövlətimizin başçısı deyib: “Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, - mən bunu artıq demişəm, - tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaqdır. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıbdır. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu”.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ