25 iyn 21:36Gundem

“Ordumuzun bütün ehtiyacları təmin edilir” - Prezident

“Ordumuzun bütün ehtiyacları təmin edilir” - Prezident“2011-ci ildə imzaladığım müvafiq sərəncam əsasında 20 il ərzində qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, 100-lə hərbçinin mənzil-məişət problemi yaxın zamanlarda öz həllini tapacaq”.

Bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılıb: “Biz ordumuzu gücləndirir, maddi-texniki bazasını möhkəmləndiririk. Bununla bərabər, hərbçilərin sosial problemləri həllini tapır. Hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Müvafiq göstərişlər əsasında bu gün Azərbaycanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır. Yeni hərbi bazalar tikilir. Keçən il Silahlı Qüvvələr Günü ərəfəsində Bakıda Xəzər sahilində tikilmiş Hərbi Dəniz Qüvvələrinin bazasının açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi obyektlərdən biridir və orada bütün şərait yaradılıb. Digər hərbi hissələrdə də təmir-bərpa işləri aparılır. Vəzifə qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə olmasın. Hərbçilərin xidmət və yaşayış şəraiti yaxşı olmalıdır. Bu, bir daha Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərildiyini göstərilir və bu da təbiidir. Hər bir ölkə, xüsusi ilə müharibə şəraitində yaşayan ölkə bunu etməlidir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, maliyyə imkanları genişlənir: “Dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur. Büdcə xərclərinin artması nəticəsində son illər Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər əldə etdiyimiz silah, sursat, texnika ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan silahlardan istifadə edir. Yəni ordumuzun bütün ehtiyacları təmin edilir”.

Dövlət başçısı qeyd edib ki, son illər hərbi hissələrdə əsgərlər mülki işlərə də cəlb olunmurlar: “Onların yerinə mülki şəxslər cəlb edilib. Biz burada iki məqsəd güdürük. İlk növbədə əsgərlər orduda xidmət etməlidir və öz peşəkarlığını artırmalıdırlar. Digər tərəfdən, bu. Mülki şəxslər üçün yeni iş yerlərinin açılması deməkdir. Artıq bu proqram çərçivəsində minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alırlar. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar. Azərbaycanda ordu quruculuğu məqsədli və planlı şəkildə aparılır”.

APA.az
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16