19 mar 12:22Gundem

Prezident və xanımı Bakıda Novruz şənliyində

Prezident və xanımı Bakıda Novruz şənliyindəMartın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular.

Bayram şənliyi davam edir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev