06 fev 15:22Gundem

Vəziyyət Prezident və birinci vitse-prezidentin tam nəzarətindədir

Vəziyyət Prezident və birinci vitse-prezidentin tam nəzarətindədirFövqəladə Hallar Naziirliyi fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Fevralın 6-da səhər saatlarında Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gediblər.

***

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 6-da baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə Şamaxıya gediblər.

Avrasiya.net FHN-ə istinadla xəbər verir ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıb. Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və vəziyyətini araşdırırlar.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb və rayon Fövqəladə Hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri addımlar atılacaq.

Nazir onu da bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.

O, qəzalı vəziyyətdə olan evlərin sakinlərinin başqa evlərdə müvəqqəti yerləşdiriləcəyini də qeyd edib.

Qeyd edək ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, İsmayıllıda 23:2- və 23:32 olmaqla, iki ardıcıl təkan qeydə alınıb və ikinci təkanlar daha uzunmüddətli olub.

Yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
loading...
XƏBƏR LENTİ