12 sen 11:46Gundem

Azərbaycanın birinci ledisi necə stil ikonası oldu?

Azərbaycanın birinci ledisi necə stil ikonası oldu? Ledi.mail.ru, Rusiya
10.09.2018


Mehriban Əliyeva birinci ledi vəzifəsinin öhdəsindən uğurla gəlirdi. İndi isə o, həm də ölkənin birinci vitse-prezidentidir. Statusu nə qədər ciddi olsa da o, eyni zamanda həm dəblə ayaqlaşmağı, təvazökar və işgüzar olmağı bacarır.

Vitse-prezident və stil ikonası

Azərbaycanın dövlət başçısı İlham Əliyevin xanımı Mehriban Əliyeva ötən ilin fevralından vitse-prezidentdir. “Tipik müsəlman ölkəsi” üçün qadının dövlət rəhbərliyində əsas postlardan birini tutması qeyri-adi görünə bilər. Lakin “tipik müsəlman ölkəsi” dedikdə nəzərdə tutulan klişe və stereotiplərə nəzər salsaq görərik ki, Azərbaycan belə ölkə deyil. Azərbaycan özündə Şərqin mədəni və dini ənənələrilə yanaşı, Avropanın əsas tendensiyalarını da cəmləşdirib. Bu, özünü həm memarlıqda, həm müasir mədəniyyətdə, həm təhsildə, həm də modada büruzə verir. Birinci ledi Mehriban Əliyeva da özündə məhz bu maraqlı ahəngi əks etdirir. Bu ahəng özünü onun ictimai-siyasi fəaliyyətilə yanaşı, üslubunda da göstəir.

Dizaynerləri ilhamlandıran xanım

Mehriban Əliyevanın geyim zövqu tanınmış modelyerləri belə, ilhamlandırır. Məsələn, Vyaçeslav Zaytsev deyirdi ki, Bakıda qonaq olarkən Azərbaycan prezidentinin xanımının stili ona böyük təsir bağışlayıb: “Onun çox gözəl görünmək bacarığı, ümsiyyət tərzi var. Bütün bunlar son dərəcə gözəl uzlaşır və çox xoş təsir bağışlayır. Sözün əsl mənasında ecazkar qadındır və mən ona səmimi qəlbdən heyranam”.

Azərbaycanın vitse-prezidenti geyimdə zərif sadəliyə, sakit tonlara və aydın cizgilərə üstünlük verir. “Sadəlik və təmkinlik, fikrini tam açıqlamamaq, aydın xətlərə üstünlük vermək, ola bilsin ki, müəyyən dərəcədə xasiyyətimi əks etdirir. Lakin bu qarşılıqlı bağlılıq barədə heç vaxt ciddi düşünməmişəm. Tərz özünü xırdalıqlarda, detallarda, nüanslarda, özünü aparmaq tərzində və insandan ayrılmaz olan başqa şeylərdə göstərir. Mənə elə gəlir ki, bunu sırf rasional mövqedən izah etmək çətindir”, - deyə M.Əliyeva bildirir.

Görünən odur ki, birinci ledi bütün bu nüansları nəzərə almağı və hətta Qərb moda evlərinin kolleksiyalarında ənənəvi Şərq motivlərinin istifadə olunduğu geyimlər tapmağı bacarır. Lakin bu motivlər artıq Giorgio Armani, Karl Lagerfeld və Ralph Lauren kimi müasir və tanınmış modelyerlərin yozumunda olur.

Ölkəsinin əsl vətənpərvəri olan birinci ledi Azərbaycanın dizayner və modelyerlərini dəstəkləyir. Məsələn, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə vitse-prezident öz həmvətəni, modelyer Rüfət İsmayılın hazırladığı geyimdə gəlmişdi.

Aksessuar və seçim üstünlüyü

Mehriban Əliyeva zinət əşyalarından çox istifadə etmir. Onun ən sevimli aksessuarı isə eynəkdir. Xanım Əliyeva eynəkləri dəbdən, əhvalından və ya tədbirin məzmunundan asılı olaraq dəyişir. Sevdiyi formalara gəldikdə,, bu sözsüz ki, qilaflı dondur. Bu geyim Əliyevanın xoşladığı platforma və ya qayıq-ayaqqabılarla yaxşı görünür.

Mehriban xanımın qatıldığı görüşlərin əksəriyyəti kişilərin – tanınmış siyasətçilər, iş adamları, ictmai xadimlərin iştirakı ilə keçir. Birinci ledi bu tədbirlərdə parlaq görünməkdən çəkinmir. Üstəlik, bu, onda çox ahəngdar alınır. Danışıqlardakı kişi həmkarlarının ciddi kostyumları fonunda birinci ledinin geyimlərini xüsusilə nəzərə çarpır.

Çoxsaylı işıqların və soffitlərin bəzədiyi böyük səhnələrdəki rəsmi çıxışlara Mehriban Əliyeva uzun və qapalı, yumşaq rəng çalarlarında işənmiş birrəngli ciddi donlar geyinir. Azərbaycanlı modelyer-rəssam Fəxriyyə Xələfova onun haqqında belə deyir: “O, bir çox missiya həyata keçirir və maraqlı istiqamətlərdə çalışır. Lakin mən bunlara birini də əlavə edərdim. O, gözəllik səfiridir”.

(Rus dilindən tərcünə - WorldMedia.Az)
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52