14 iyl 11:23Gundem

Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir

Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir "Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz".

Bu sözləri Prezident İlham Əliyev iyulun 13-də Azərbaycan Prezidenti yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Lakin onların biri də baş tutmayıb:

"Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz".
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10