05 iyl 07:38Gundem

Prezident nazirə irad tutdu

Prezident nazirə irad tutdu Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Prezident yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədəki son çıxışında deyib.

“İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57