04 iyl 21:22Gundem

"Günahkarlar müəyyən edilməli və cəzalandırılmalıdrlar" - VİDEO

"Günahkarlar müəyyən edilməli və cəzalandırılmalıdrlar" - VİDEOAzərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Dövlət başçısı Mingəçevirdəki qəzada günahı olanların cəzalandırılması üçün ciddi tapşırıqlar verib.

Avrasiya.net-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: "Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir".

Prezident İlham Əliyev bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Qəza baş verən vaxtda dövlət qurumlarının vətəndaşlara kömək etməklə bağlı tapşırığının öhdəsindən peşəkarlıqla gəldiklərini deyən Prezident İlham Əliyev vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57