24 iyn 22:56Gundem

İlham Əliyev Ərdoğanı təbrik etdi

İlham Əliyev Ərdoğanı təbrik etdiAzərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10