12 iyn 20:09Gundem

İlham Əliyev liderlərlə TANAP-ın açılışını etdi - Tarixi an

İlham Əliyev liderlərlə TANAP-ın açılışını etdi - Tarixi anAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, Əskişəhər şəhərinin Həsən Poladxan hava limanında dövlət başçısını Türkiyənin Meşə və Su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib ki, qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir:

“Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.

Daha sonra Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30