05 iyn 16:40Gundem

İlham Əliyev Naftalanda açılışlar etdi - Foto

İlham Əliyev Naftalanda açılışlar etdi - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.

Xəstəxana binası ilə tanıqlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov dövlət başçısına raport verib.

Məlumat verilib ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımı avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada ölkəmizin, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovulxana binası inşa olunub, ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.
loading...
XƏBƏR LENTİ